Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumata görə, Elmi hövzələrin beynəlxalq əlaqələr üzrə müavini Höccətül‑İslam vəl‑müslimin Seyid Müfid Hüseyni Kuhsari təşkil olunmuş dinlərarası vebinarda bu virtual toplantının təşkili üçün təşəkkürünü bildirərək, Cənubi Afrikanı irqi ayrı-seçkiliyə və qlobal imperializmə qarşı mübarizədə qabaqcıl bir ölkə kimi dəyərləndirib. O, İran və Cənubi Afrika Respublikası arasında mövcud olan ortaq dəyərlərə toxunaraq, Nelson Mandela və İmam Xomeyni (r) kimi liderlərin adlarını nümunə olaraq qeyd edib. O, həmçinin vurğulayıb ki, Cənubi Afrikanın son illərdə İran İslam Respublikası, Fələstin və müqavimət cəbhəsini dəstəkləməsi, eləcə də Amerika Birləşmiş Ştatları və sionist rejimi (İsrail) qəti şəkildə pisləməsi, bu ölkə xalqı və hökumətinin intellektual yetkinliy, uzaqgörənliy və cəsarətinin göstəricisidir.
Elmi hövzələrin beynəlxalq əlaqələr üzrə müavini müasir dünyanı “haq” və “batil” yəni, Fələstin və Epşteyn olmaqla iki cəbhəyə ayıraraq qeyd edib: Bu gün hər kəs üçün aydındır ki, tarixdə “haqlı” tərəf olan İran İslam Respublikasının rəhbərliyi sayəsində, əxlaq, insanlığ, izzət, ləyaqət, müqavimət və zülmə qarşı mübarizə formalaşmışdır. “Haqsız” tərəf isə Amerika və İsrailin rəhbərlik etdiyi, cinayət, zülm, fəsad, yalan, təkəbbür və zorakılıqla tanınan cəbhə olmuşdur.
Höccətül‑İslam Hüseyni Kuhsari İranı müqavimət cəbhəsinin və dünyadakı bütün azadlıqsevərlərin təmsilçisi kimi təqdim edərək qeyd edib ki, İran dünyada özünü tək hiss etmir və mübarizənin mənfəətləri ilə əldə edilən nailiyyətlər İranın coğrafi sərhədlərini də ötüb keçir. O, Cənubi Afrika və digər həmfikr ölkələrin dəstəklərinə görə təşəkkürünü bildirərək vurğulayıb ki, bu həmrəyliklər qlobal həqiqətlərin ortaq dərkini və hegemon sistemə qarşı birgə dayanma iradəsini nümayiş etdirir.
Beynəlxalq əlaqələr üzrə müavin mövcud tarixi keçid mərhələsinə də toxunaraq, dünyanın təkqütblü sistemdən çoxqütblü düzənə keçməkdə olduğunu qeyd edərək, qlobal ədalət idealını bütün zamanlardan daha əlçatan və real hesab edib. O, “Hədid” surəsinin 25‑ci ayəsinə istinad edərək, ədalət və insafın (qistin) bərqərar olmasının bəşər peyğəmbərlərinin və ilahi dinlərin əsas məqsədi olduğunu, bu məqsədin həyata keçməsinin xalq iradəsi və milli güclər əsasında mümkün olacağını vurğulamış, hazırkı şəraitdə dünyanın gələcəyini bu istiqamətdə parlaq və ümidverici qiymətləndirmişdir.
Sonda Höccətül‑İslam Hüseyni Kuhsari qeyd edib ki, din xadimləri və ziyalılar qlobal ədalətin bərqərar olması və dünyada baş verən mühüm tarixi dəyişikliklərin yaratdığı imkanlardan düzgün istifadə olunması üçün elm və fikr, insanlarda motivasiya və mənəvi yönüm formalaşdırmaq və həmçinin əməli və davranış səviyyəsi olmaqla üç istiqamətdə fəal rol oynamalı olduqlarını vurğulayıb. O, bu vəzifəni din rəhbərləri və intellektual elita üçün mühüm və məsuliyyətli bir missiya kimi dəyərləndirib. O, həmçinin “tarixin haqlı tərəfi”ndə yer alan bütün intellektual və din liderlərini gələcək üçün ortaq düşüncə və əməkdaşlığa dəvət etmiş və bu kimi elmi‑praktiki toplantıların bu məqsədlə əhəmiyyətli töhfələr verəcəyinə ümidvar olduğunu vurğulayıb.
Rəyiniz